KƏPƏZ DAĞINI TƏPƏYƏ ÇEVİRDİLƏR Vaqif Tanrıverdiyev yazır

20.04.2026

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

"KƏPƏZ" - "İMİŞLİ"    0 :1.                                                                                    

Qədim futbol ənənələrinə malik Gəncənin   şərəfli futbol səlnaməsinə daha bir “qara”  səhifə yazıldı.  Komanda rəhbərliyindəki  çəkişmələr, azarkeşlər arasındakı ikitirəlik, məşqçi heyətinin “donuqluğu”,  laqeyd oyunçu ab-havası və  yad  qapılarda keçən  süründürməçilik davam etməkdədir.  

Kəpəz oynayır, əgər belə demək mümkündürsə, nəticə isə  yalnız şərəfli futbol səlnaməsinə  düşən    qara ləkələrdir. Dəyərmi? Bəlkə özgə qapılarda davam edən uğursuzluqlara son qoymaq üçün çempionat oyunlarını dayandıraq,  yeni istifadəyə veriləcək doğma stadionda  keçmiş  uğurlu ənənələrə söykəli -  hər cür intriqadan uzaq rəhbərliklə,  yeni sağlam   məşqçi heyəti və təəssübkeş futbolçularla    keçmiş şanlı ənənələri  zənginləşdirəcək  yeni futbol marafonuna başlayaq. Obyektiv, hər cür intriqadan uzaq   azarkeşlər ordusu da mühüm şərtdir...
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью