Kəpəz daha bir rəqibini açıqladı

23.07.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"in yoxlama oyunları üçün daha bir rəqibi məlum olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" Sumqayıtın eyniadlı təmsilçisi ilə qarşılaşacaqlar. Matç iyulun 31-i Qəbələdə keçiriləcək. Görüşün başlama saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 4 görüş keçirməyi planlaşdırır.

"Sumqayıt" isə Qəbələdəki toplanışı müddətində daha 3 matça çıxacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью