Kəpəz də daha bir ayrılıq Rəsmi

02.07.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Kəpəz"də daha bir ayrılıq - Rəsmi

"Kəpəz" daha bir futbolçu ilə yolları ayırıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan Fərid Nəbiyev komandanı tərk edib.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm Misli Premyer Liqasında və kubokda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qol vurub. O, 2025-ci ilin iyul ayından "Kəpəz"də çıxış edirdi.

Qeyd edək ki, yay fasiləsində Rauf Hüseynli və Məmməd Hüseynov da "Kəpəz"dən ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью