Kəpəz də duruş gətirə bilmədi, indi Gəncəbasar ın prezidenti oldu

06.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Birinci liqada mübarizə aparan "Gəncəbasar"a yeni prezident təyin olunub. Sport24.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Namik Qədirov Gəncə təmsilçisinin rəhbəri olacaq.

O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.

Qeyd edək ki, Qədirov 2025-ci ilin mayında "Kəpəz"in İdarə Heyətinin sədri seçilsə də, qısa müddət sonra (2025-ci ilin yayında) maliyyə problemləri və digər səbəblərdən dolayı klubdakı vəzifəsindən istefa verərək "Kəpəz"i tərk edib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью