Kəpəz də yeni baş məşqçisinin yerli və ya əcnəbi olacağı təsdiqlənməyib

29.09.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz"in baş məşqçisinin yerli və ya əcnəbi olacağı təsdiqlənməyib.

Bunu "Report"a açıqlamasında Gəncə klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov deyib.

O, yeni mütəxəssisin adına yaxın 2-3 gün ərzində aydınlıq gələcəyini bildirib:

"Hələ ki, danışıqlar yekunlaşmayıb. Klubumuz bu məsuliyyətli işdə yanılmaq istəmir. Həftə ərzində yeni baş məşqçinin adı açıqlanacaq".

Qeyd edək ki, "Kəpəz" ötən həftə baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Komanda Misli Premyer Liqasında 6 turdan sonra xalsızdır.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью