Kəpəz də zambiyalı futbolçu Rəsmi

25.07.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.

QOL.az xəbər verir ki, Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.

Qeyd edək ki, "Kəpəz" bu yay Rojerio Santos (son klubu "İroni Tiberias", İsrail), Vadim Abdullayev (son klubu "Karvan-Yevlax") və Azuma Abubakarı (son klubu  “Lustenau”, Avstriya) da transfer edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью