Kəpəz dən ayrılan Hüseynli bu klubla anlaşdı

05.06.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son mövsümü "Kəpəz"də keçirən Rauf Hüseynlinin yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən futbolçu 1-ci Liqada sona bir tur qalmış çempionluğu rəsmiləşdirərək elitaya yüksələn "Şəfa" ilə anlaşıb. 

Debütantın bu keçidi yaxın günlərdə açıqlayacağı gözlənilir.

Xatırladaq ki, daha öncə elitada Bakı təmsilçisinin uğurları üçün çalışacaq bir neçə futbolçunun da adına aydınlıq gəlib.

Bunlardan biri "Şamaxı" ilə vidalaşan 25 yaşlı müdafiəçis Arsen Ağcabəyovdur. 1-ci Liqadakı heyətdən isə qapıçı Əlirza Müştəbazadə, vinger Nahid Əliyev, yarımmüdafiəçi İsmayıl Zülfüqarlı və mərkəz müdafiəçisi Nihad Quliyev bakılıların sıralarında qalacaq. 

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью