futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının IX turu çərçivəsində Sumqayıtda “Şəfa”ya qarşı çıxış edəcək “Kəpəz”i 200 azarkeş dəstəkləyəcək.
Futbolpress.az xəbər verir ki, bu oyunla əlaqədar “sarı-göylər”in fanatları xüsusi ayrılmış avtobuslarla səfərə gedəcəklər.
Eyni zamanda Bakı və Sumqayıtda yaşayan gəncəli fanatlar da “SOCAR Polymer Arena”ya təşrif buyuracaqlar.
Xatırladaq ki, “Şəfa” – “Kəpəz” matçı bu gün keçiriləcək və saat 16:30-da başlayacaq.