Kəpəz doğma meydanda Zirə ilə heç heçə etdi VİDEO

18.10.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən yalnız final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.
"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0), "İmişli" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.



Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью