Kəpəz ə iki yeni hücumçu gəlir

28.07.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, heyətinə qatdığı futbolçuların keçidini ictimaiyyətə açıqlamağa tələsməyən Gəncə təmsilçisi daha iki legionerlə güclənməkdə qərarlıdır.

Belə ki, Məmmədov biri cinah, digəri mərkəz hücumçusu olan daha iki legionerin yolunu gözləyir. Bu futbolçuların çempionatın startına qədər "sarı-göylər"ə qoşulması planlaşdırırlır.

Xatırladaq ki, "Kəpəz" bu yay Rojeriu Santuş, Vadim Abdullayev ("Karvan-Yevlax"), Azuma Abubakar (“Lustenau”, Avstriya), Urfan Abbasov ("Araz-Naxçıvan") və Kennet Kalunqanı ("Mingəçevir") rənglərinə bağladığını bəyan edib. Gəncə klubunun başda qapıçı Rəşad Əzizli olmaqla, digər transferləri də yaxın vaxtlarda açıqlayacağı gözlənilir.

Nihat
 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью