Kəpəz Ehtiram Şahverdiyevlə yolları ayırdı

08.07.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı

"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyevlə yolları ayırıb.

QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər başa çatan müqaviləni yeniləməmək qərarına gəliblər. Ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 32 matçda meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 1 qol vurub.

Klub xidmətlərinə görə Ehtiram Şahverdiyevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərovla vidalaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью