“Kəpəz” Əlicanovla yollarını ayırdı

21.04.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Elçin Əlicanovun “Kəpəz”lə müqaviləsi başa çatıb və futbolçu Gəncə təmsilçisinin sıralarını tərk edib.

Futbolpress.az xəbər verir ki, Əlicanov son üç ildə “sarı-göylər”in şərəfini qoruyub.

Onun Gəncədəki karyerası 2021-ci ildə I Diviziondan başlayıb. Müdafiəçi iki mövsüm də “Kəpəz” ilə Premyer Liqada oynayıb.

“Kəpəz” xidmətlərinə görə Elçin Əlicanova təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью