“Kəpəz” eyni mövqe ilə bağlı iki sıxıntı yaşayır

16.04.2025

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Şamaxı” ilə qarşılaşacaq “Kəpəz” sözügedən matçda iki futbolçusunun xidmətindən məhrum olacaq.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, Gəncə klubunun heyətində Elmir Tağıyev cəzalı durumdadı. Futbolçu “Araz Naxçıvan”la matçda sarı kart limitini doldurub və bu səbəbdən “Şamaxı” ilə görüşdə komandaya kömək edə bilməyəcək.

“Sarı-göylər”in aparıcı üzvlərindən sayılan Mohammadu Ba isə zədəlidi. Əcnəbi futbolçunun Şamaxı səfərində forma geyinmə ehtimalı azdı.

Qeyd edək ki, “Şamaxı”- “Kəpəz” matçı aprelin 20-də keçiriləcək və saat 16:30-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью