“Kəpəz” futbolçusu ilə müqaviləni yeniləməyib

01.08.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

“Kəpəz” komandası futbolçusu İlkin Qırtımovla yollarını ayırıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi təcrübəli müdafiəçi ilə başa çatan müqaviləni yeniləməyib.

Ötən mövsüm "Kəpəz"ə qoşulan İ.Qırtımov 17 çempionat matçında meydana çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью