Kəpəz Gəncəbasar la sınaq matçına çıxdı

02.10.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Bu gün 1-ci Liqa təmsilçisi "Gəncəbasar" Gəncənin elita təmsilçisi "Kəpəz"lə sınaq matçına çıxıb. 

Fanat.Az-ın məlumatına görə, Gəncə şəhər stadionunda keçirilən oyun 16:30-da başlayıb.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Qeyd edək ki, "Kəpəz" səhər saatlarında eyni məkanda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə də yoxlama görüşü keçirib. Elgiz Kərəmlinin çalışdırdığı U-19 ilə matç məhsuldar bərabərliklə başa çatıb - 2:2.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью