“Kəpəz” gürcüstanlı futbolçu ilə anlaşdı

03.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın gənclər yığmasının sabiq oyunçusu Rati Ardazişvili karyerasını Azərbaycanda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, “Kəpəz” klubu futbolçu ilə razılıq əldə edib.
26 yaşlı legioner son olaraq ölkəsində “Samtrediya”nın formasını geyinib. Vaxtilə Gürcüstanın U-17, U-19 vg U-21 yığmalarına dəvət almış Rati futbolda ilk addımlarını Tbilisi “Lokomotiv”ində atıb. 2014-2019-cu illəri burada keçirəndən sonra “Çixura”nın yolunu tutub. 2020-ci ildə Ukraynadan dəvət alıb, “Rux”la anlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью