Kəpəz heyətinə yeni futbolçu cəlb edib

10.01.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili ilə müqavilə imzalanıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti "6 ay + 1 il" müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, R.Ardazişvilinin son klubu vətənində "Samtrediya" olub. Gürcüstanın aşağı yaş qrupları üzrə yığmalarının, o cümlədən U-21 millisinin şərəfini qorumuş futbolçu bir neçə ölkədə legioner həyatı yaşayıb. O, Ukraynanın "Rux", Qazaxıstanın "Kaspi", "Jetısu" və Latviyanın "Liepaya" klublarında oynayıb.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью