Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 11 avqust, AZƏRTAC
“Kəpəz” daha bir futbolçunun transferini reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Olabiran Blessinq Muyiva “sarı-göylər”in formasını geyinəcək.
Nigeriyalı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
“Benito” ləqəbli 27 yaşlı vingerin son klubu Kipr “Akritas”ı olub.