Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Kəpəz" klubunun milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı planları müəyyənləşib.
Apasport.az xəbər verir ki, dünən Misli Premyer Liqasının XI turunda "Neftçi" ilə qüvvəsini sınayan komandanın üzvləri 4 günlük istirahətin ardından noyabrın 10-da bir araya gələcəklər.
Plana əsasən, "sarı-göylər" hazırlıq prosesi çərçivəsində 1 yoxlama matçına çıxacaq.
Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv noyabrın 14-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında I Liqa təmsilçisi "Gəncəbasar"la qüvvəsini sınayacaq.
Fasilədən sonra "Kəpəz" Misli Premyer Liqasında ilk matçını noyabrın 22-də doğma publika önündə "Qarabağ"a qarşı keçirəcək.
“Qəbələ” Zirə səfərində - YENİLƏNİR Ata oyuna gələ bilmədi, oğlunu tapdılar – PFL-dən maraqlı addım - FOTO Azər Məmmədov: “Qarabağ”la oyunu 3 xal kimi görürəm” Yuri Vernidub: “Qorxulu bir şey yoxdur” Kurban Berdıyev: “Hamı öz şansını gözləməlidir”