sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 10-cu turunun üçüncü oyun gününə Gəncədə yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Kəpəz" "doğma divarlar" arasında "İmişli"ni qonaq edir.
Hər iki komanda son oyunlarla azarkeşlərini sevindirməyi bacarıblar. Meydan sahibləri ötən həftə səfərdə "Şəfanı" məğlub edibsə, qonaqlar "Şamaxı"nı evə əliboş yola salıblar. Ondan əvvəl isə "pələnglər" çempionatın iddialılarından hesab olunan "Turan Tovuz"u yenməklə aktivlərinə 3 xal yazdırıblar. "Sarı-göylər" 9 turdan sonra 14 xalla 6-cı yerdədirsə, "İmişli" isə 10 xalla 8-cidir. "Kəpəz" bu gün qalib gələcəyi halda turnir cədvəlində bir pillə irəliləyə, 5-ci pilləyə yüksələ bilər.
Qeyd edəkki, tura sabah keçiriləcək "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulacaq.
Misli Premyer Liqası
I dövrə, X tur
17:30. "Kəpəz" - "İmişli"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Gəncə. Şəhər stadionu.