Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hakimlik məsələsi qarışıq bir mövzudur. Türkiyədə də vəziyyət yaxşı deyil. Dinimizdə də 3 hakimdən ikisi cəhənnəmlikdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 10-cu turunda "Neftçi"yə 5:1 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Bağırov matçda hakimliyin qeyri-obyektiv olduğunu vurğulayıb:
""İmişli" ilə oyunda ilk hissədə oyun 11 dəqiqə dayandı, amma əlavə vaxt yalnız 5 dəqiqə göstərildi. Bu gün də hakimlik məsələsinə baxmaq lazımdır. Hakimlik haqqında çox danışmaq istəmirəm, amma bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikləri qərarlar mütləq onlara yedizdiriləcək".