Kəpəz in baş məşqçisi: Son 3 turda məğlub olmamağımız sevindirici haldır

17.02.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sevindirici haldır ki, son 3 turda məğlub olmamışıq.

"Report" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Şamaxı"ya qarşı Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Maraqlı oyun alındı. İki fərqli hissəyə şahidlik etdik. Birinci hissə daha yaxşı oynadığımızı düşünürəm. İkinci yarıda həm orta xətdə, həm də cinahlarda dişsizliyimiz nəzərə çarpırdı. Sevindirici haldır ki, son 3 turda məğlub olmamışıq. Bu, "Kəpəz" adına müsbət haldır".

Qeyd edək ki, XXIII turun görüşündə "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью