Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur".
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən açıqlama verilib.
"Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.
***
Gəncədə futbolçunu bıçaqlayan şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Redaktor.az xəbər verir ki, DİN-in regional qrupundan bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V. Rzayev qarın bolluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçudur.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.