Kəpəz in futbolçusunun bıçaqlanmasının təfərrüatı bilindi Qıza görə...

03.02.2026

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Kəpəz”in futbolçusu Veysəl Rzayev Gəncə şəhərində bıçaqlanıb.
Demokrat.az hadisə barədə yeni detallar əldə edib. Futbolçu yaxın "Niko" adı ilə tanınan dostu və iki xanım tanışı ilə birlikdə gecəni restoranlardan birində keçirib. Onlar daha sonra qızları evə ötürərkən sözügedən hadisə baş verib.
Qızlardan birinin keçmiş sevgilisi avtomobillə onların yolunu kəsib. Onlar avtomobildən düşərək mübahisə etməyə başlayıblar. Davaya çevrilən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, “Kəpəz”in futbolçusu Veysəl Rzayev bıçaqla yaralanıb.
Hazırda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının reanimasiyada olan futbolçunun vəziyyəti orta-stabildir.
Kənan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью