Kəpəz in hücumçusu futbolla vidalaşmaq qərarına gəldi SƏBƏB

23.01.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Bölgə təmsilçisinin hücumçusu futboldan uzaqlaşmağı uyğun sayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət mövsümün birinci yarısında icarə əsasında 1-ci Liqa təmsilçisi "Zaqatala"nın formasını geyinən Cavad Kərimovdan gedir.

Yayda hərbi xidmətə yollanmalı olduğunu əsas gətirən Cavad həmin vaxta qədər futbol oynamaq istəmədiyini əsas gətirərək klubu tərk edib. Kərimovun qərarına hörmətlə yanaşan Zaqatala klubu onun icarə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmaq təklifinə problem yaratmayıb.

Cavad müqavilə ilə "Kəpəz"ə məxsusdur. Onun gəncəlilərlə anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Hazırda 17 xalı olan "Zaqatala" 1-ci Liqanın turnir cədvəlində 5-ci pillədə mövqe tutub.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью