Kəpəz in legioneri düşərgədən ayrılacaq

11.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Kəpəz"in futbolçusu Şervoni Mabatşoev Tacikistan millisinə çağırılıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi qarşıdakı iki oyun üçün yığmasına dəvət alıb.

Tacikistan millisi martın 20-də Belarusla yoxlama matçı keçirəcək. 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki görüş Düşənbədə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью