Kəpəz in legioneri: Hər oyunda meydana 3 xal üçün çıxırıq

23.01.2025

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Kəpəz"in portuqaliyalı müdafiəçisi Dioqo Verdaska Sportal.az saytına müsahibə verib. 28 yaşlı futbolçu Premyer Liqanın 19-cu turunun "Turan Tovuz"la matçını dəyərləndirib, növbəti turun "Səbail"lə oyunundan gözləntilərini bölüşüb:

- Qərb derbisindən "Turan Tovuz"a qalib gəldiniz. Bu matçı necə dəyərləndirirsən?

- Çox yaxşı oyun oldu. İnkişafa doğru gedən komandayıq. Derbidə qələbə qazandıq. Bizim üçün vacib qalibiyyət oldu.

- Belə hesabın qeydə alınacağını gözləyirdiz?

- 5:2 hesablı qələbə fantastik nəticədir. Bütün komanda, start heyətində meydana çıxanlar, sonradan oyuna qoşulanlar çox yaxşı mübarizə apardı. Gəncəyə möhtəşəm hisslərlə qayıtdıq.

- Qış fasiləsi "Kəpəz"ə necə təsir etdi?

- Bu müddət ərzində oyun biliklərimizi artırmağa çalışdıq. Yeni futbolçular kollektivə qoşulub. Bu da komandanın inkişaf etməsinə kömək edir. Fasilədə çox yaxşı məşqlər keçdik. "Turan Tovuz"la matçda hamı qaçırdı, hərəkətdə idi.

- Əsas rəqiblərinizdən olan "Səbail"lə qarşılaşacaqsız. Bu oyundan gözləntilərin nədir?

- Biz hər oyunda meydana 3 xal üçün çıxırıq. "Turan Tovuz"la matçdakı kimi komanda şəklində qalib gəlməyə çalışacağıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью