Kəpəz in ötən il üçün maliyyə xərcləri açıqlanıb

17.05.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz"in 2024-cü il üçün büdcəsi bəlli olub. Sport24.az xəbər verir ki, bu barədə klubun maliyyə hesabatında bildirilir.

Gəncə təmsilçisinin ötən il üçün gəlirləri 3 milyon 711 min 300 manat təşkil edib.

Sponsorlardan daxilolmalar - reklam gəlirləri 59 min 800 manat, sair gəlirlər 127 min 900 manat, Futbolun İnkişafı Fondundan daxilolmalar 3 milyon 109 min 700 manat, UEFA-nın həmrəylik və pul mükafatları 413 min 900 manat olub.

Klub tərəfindən əmək haqları və mükafat xərclərinə 2 milyon 198 min 800 manat ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью