Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Kəpəz"in qış hazırlıq planı bəlli olub.
QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Beləliklə, kollektiv yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək. Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq.
Gəncə təmsilçisi yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ” komandası ilə, ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la üz-üzə gələcək.