Kəpəz in sabiq kapitanı Qazaxıstan klubunda

30.07.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeni klubu müəyyənləşib.

"Unikal" xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanın “Tobol” komandasına transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2022-ci ildən Gəncə təmsilçisinin formasını geyinən 28 yaşlı futbolçu bu müddət ərzində 95 çempionat matçında 3 qolla yadda qalıb. Müqaviləsinin müddəti başa çatan futbolçu ötən ay “Kəpəz”dən ayrılıb.
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью