Kəpəz in U 14 komandası U 17 millimizə qalib gəldi

24.09.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.

Sportal.az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar. 

Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra “sarı-göylər”in heyətində Həsən Həsənli və Əziz Quliyev fərqlənib.

Onu da qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib. Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью