Kəpəz in U 14 komandası U 17 millimizi məğlub etdi

25.09.2026

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün “Kəpəz”in 14 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın U-17 qızlar yığması ilə yoxlama matçı keçirib.

Fanat.Az xəbər verir ki, Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında gerçəkləşən görüşdə tərəflər hərəsi 40 dəqiqədən ibarət 2 hissədə mübarizə aparıblar. 

Oyun “Kəpəz” U-14-ün 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı Rizvan Səmədli açıb. Fasilədən sonra “sarı-göylər”in heyətində Həsən Həsənli və Əziz Quliyev fərqlənib.

Onu da qeyd edək ki, yoxlama matçı U-17 qızlar yığmasının “Kəpəz” PFK-nın məşq mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində keçirilib. Xanım futbolçular sabah Gəncədəki təlim-məşq toplanışını başa vurub Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Albaniyaya yollanacaqlar.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью