Kəpəz in yeni baş məşqçisiylə bağlı rəsmi xəbər səbirsizliklə gələn həftəni gözləyin!

08.06.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Misli premyer-liqasında başa çatan mövsümü 9-cu yerdə bitirən "Kəpəz"də gözlənilməz hadisə yaşandı - Gəncə təmsilçisi komandanı elitada saxlayan baş məşqçi Azər Bağırovla yolları ayırdı. İndi "sarı-göylər" yeni çalışdırıcı axtarışındadı.

Bəs məsələ nə vaxt həllini tapacaq?
Bu sualla "Kəpəz"in Media və marketinq departamentinin direktoru Gəray Qiyasova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Hələ baş məşqçi postuna təyinat reallaşmayıb. Namizədlərlə danışıqlar davam edir. Böyük ehtimalla, gələn həftə bu məsələyə nöqtə qoyulacaq. İndi yalnız o dəqiqdi ki, yeni çalışdırıcı yerli olacaq".

Xatırladaq ki, daha əvvəl "sarı-göylər"in sabiq baş məşqçisi Adil Şükürov saytımıza açıqlamasında klubla danışıqlar apardığını bildirib.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью