Kəpəz Karvan Yevlax a qalib gəldi, Qarabağ Sumqayıt a qarşı

21.11.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi, "Qarabağ" "Sumqayıt"a qarşı

Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.

QOL.az xəbər verir ki, bu gün çempionatda 2-ci dövrəyə - 12-ci tura start verilib.

İlk oyun günündə əvvəlcə "Karvan-Yevlax"  "Kəpəz"i qabul edib. Bölgə təmsilçisi bu turdan başlayaraq ev oyunlarını təmirdən çıxmış doğma arenasında keçirib. Beləliklə, 16 illk fasilədən sonra Premyer Liqa oyunlaırı Yevlaxa qayıdıb. Qarşılaşma "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün Yevlaxa qonaq komanda kimi gedəcək "Kəpəz"in də ev oyunlarını bu arenada keçirilməsinə qərar verilib. 

Günün digər matçında isə lider "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Bir oyun az keçirən "Qarabağ"ın hazırda 23, "Sumqayıt"ın isə 20 xalı var. Azarkeşlərin maraqla gözlədiyi görüşün start fiti saat 19:00-da veriləcək.

21 noyabr (cümə)

14:00. “Karvan-Yevlax” – “Kəpəz” - 1:2 

Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

VAR: Elçin Məsiyev

AVAR: Namiq Hüseynov

Yevlax şəhər stadionu

19:00. “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

22 noyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”

17:30. “Zirə” – “Qəbələ”

23 noyabr (bazar)

15:00. “Sabah” – “Şamaxı”

17:30. “Neftçi” – “İmişli”

Bombardirlər: 

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 6 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью