“Kəpəz” keçmiş baş məşqçisini geri qaytarır?

18.06.2026

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kəpəz"in baş məşqçi postuna namizədlərdən biri də müəyyənləşib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bu vəzifə üçün Azər Məmmədovun namizədliyini nəzərdən keçirir.
Hazırda tərəflər arasında danışıqlar davam edir və yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Azər Məmmədov "Kəpəz" üçün tanış simadır. Təcrübəli mütəxəssis 2023-cü ilin iyul ayından noyabr ayınadək Gəncə klubunun baş məşqçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, "Kəpəz"in daha əvvəl bu post üçün Arif Əsədovla apardığı danışıqlar müsbət nəticələnməyib. Buna görə də klub rəhbərliyi digər namizədlərlə müzakirələri davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью