“Kəpəz” keçmiş futbolçusunu heyətinə qatdı

03.02.2025

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qərb təmsilçisindən Sfera.az-a verilən məlumata görə, komanda Sadiq Şəfiyev ilə müqavilə bağlayıb. Oyunçu "Turan Tovuz"dan mövsümün sonuna kimi icarəyə götürülüb. 19 yaşlı hücumçu Gəncə futbol məktəbinin yetirməsidir. O, 2020-2021-ci illərdə əsas komandanın heyətində çıxış edib.

Sadiq Şəfiyev aşağı yaş qrupları üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью