Kəpəz klubunun baş məşqçisi cəzalandırılıb

05.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvəzedicilər Liqasında çıxış edən Gəncənin "Kəpəz-2" klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, baş məşqçi ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə matçda hakimi təhqir edib.

X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Kəpəz-2" isə 400 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью