“Kəpəz” Kosovo millisinin sabiq üzvünü transfer etdi

01.09.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi David Domgjoni ilə razılığa gəlib. 29 yaşlı mərkəz müdafiəçisi bundan sonra "Kəpəz"in formasını geyinəcək.
Peşəkar karyerasına "Tirana"da başlayan Domgjoni müxtəlif illərdə "Kastrioti", "Liria Prizren", "Laçi", "Menemenspor", "Lütsern", "Termalitsa Neçetşa", "Manisa", "Tobol" və "Partizani Tirana" kimi klublarda çıxış edib.
Qeyd edək ki, Kosovo millisinin sabiq üzvünün son klubu İsrailin "Hapoel" (Yerusəlim) komandası olub. Domgjoni karyerası ərzində Kosovo millisinin formasını 3 dəfə geyinib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью