Kəpəz liderə qarşı

15.03.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXVII turu davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 matç baş tutacaq.

İlk olaraq meydana "Kəpəz" və "Qarabağ"ın futbolçuları çıxacaq. Heç şübhəsiz ki, oyunun favoriti ağdamlılardır. Gəncəlilərin liderdən xal alacağı inandırıcı görünmür. Ancaq Azər Bağırovun yetirmələri təhlükəli zonada qərarlaşdıqlarından sonadək mübarizə aparmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, turun ilk görüşündə "Araz-Naxçıvan" dünən "Şamaxı" ilə "sülh" bağlayıb - 1:1.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

17:00. "Kəpəz" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev 
Tovuz. Şəhər stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью