Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Kəpəz” klubu Məmməd Hüseynovla yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Peşəkar Futbol Klubu məlumat yayıb.
Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayında “Kəpəz”ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında yeddi matçda meydana çıxıb.