futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının XI turunda “Neftçi” ilə qarşılaşmadan sonra qısa istirahətə buraxılan “Kəpəz” hazırlıqlara yenidən start verib.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Azər Məmmədovun rəhbərliyi ilə keçirilən ilk məşqdə bir neçə futbolçu yer almayıb. Namik Ələskərov Azərbaycan millisinin, Viktor Stina Moldova yığmasının, Şahnur İsmayılov isə U-20 komandasının düşərgəsində olduğu üçün məşqlərə qatıla bilməyib.
Eyni zamanda, zədələrini hələ tam bərpa etməyən David Domqjoni və Azuma Abubakar, eləcə də dizində ağrılar hiss edən Adama Fofana istirahətdən sonra baş tutan məşqdən kənarda qalıblar.
Sabahdan məşq intensivliyini artıracaq Gəncə təmsilçisi noyabrın 14-də I Liqa klubu “Gəncəbasar”a qarşı yoxlama görüşü keçirəcək.