Kəpəz milli üzvünü də yola saldı, hücumçunu da

14.01.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Kəpəz" iki futbolçusu ilə yolları ayırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi cinah hücumçusu Şahmar Aşurov və müdafiəçi Raul Məmmədovla əməkdaşlığa son qoyub. 

Sözügedən oyunçular ümidləri doğrulda bilmədikləri üçün onların müqavilələrinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Raul mövsümün geridə qalan hissəsində "Kəpəz" forması ilə 5 matça çıxıb ki, bunlardan da 4-ü Misli Premyer Liqası, 1-i isə Bizon Azərbaycan Kuboku çərçivəsində baş tutub. U-21 millisinin üzvü ümumilikdə 239 dəqiqə meydanda olub və məhsuldar göstəricilərlə yadda qalmayıb. Aşurov isə çempionatda 7, kubokda 2 görüşdə forma şansı qazanıb. Azər Bağırovun "Zirə"nin əvəzedici komandasından heyətə cəlb etdiyi futbolçu kubokda 1 qol və 1 assistlə diqqət çəkib.

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью