Kəpəz Neftçi ni qonaq edir

15.02.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında XX turun oyunları davam edir. Sport24.az xəbər verir ki,bu gün hesabat həftəsi çərçivəsində daha 2 qarşılaşma baş tutacaq. 

Günün ilk qarşılaşması Yevlaxda keçiriləcək. "Kəpəz" "Neftçi"ni qəbul edir. Bu, oyun ərəfəsində nominal meydan sahibləri 13 xalla təhlükəli zonada yer alıbsa, qonaqlar 27 xalla 6-cı pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədəki oyun "Neftçi"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, görüşün start fiti saat 14:30-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XX tur

14:30. "Kəpəz" - "Neftçi"

Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax. Şəhər stadionu. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью