“Kəpəz” onları rəqib seçdi

05.07.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Kəpəz”in yeni mövsümə hazırlıq çərçivəsində keçirəcəyi yoxlama oyunlarının vaxtları məlum olub.

Futbolpress.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv üç matç keçirəcək.

“Kəpəz” iyulun 14-də “Qəbələ”, 20-də “Şamaxı”, 26-da isə “Sumqayıt”la üz-üzə gələcək. “Qəbələ” və “Sumqayıt”la matçlar Qəbələ şəhər stadionunda olacaq. “Şamaxı”ya qarşı görüş isə Şamaxı şəhər stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью