“Kəpəz” onunla vidalaşacaq

20.05.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kəpəz” mövsümün sonunda yarımmüdafiəçi Nicat Süleymanovla yollarını ayıracaq.

Futbolpress.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun müddəti bitən müqaviləsi uzadılmayacaq.

Baş məşqçi Azər Bağırovun Süleymanovun performansından razı deyil. Cinah yarımmüdafiəçisi artıq klub axtarışlarına başlayıb. Nicat Premyer Liqanın debütantları “İmişli” və “Karvan”ın, eləcə də I Liqa klublarının diqqət mərkəzindədir.

Süleymanov bu mövsüm 19 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью