“Kəpəz” özünə daha bir sponsor tapdı SON DƏQİQƏ!

15.07.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Kəpəz” daha bir tanınmış şirkətlə müqavilə imzalayıb. Gəncə təmsilçisi “İTİCKET”lə tərəfdaşlığa başlayır.

Sözügedən şirkətlə klub arasında yaxın günlərdə sponsorluq sözləşməsi bağlanacaq. Anlaşmaya əsasən, “Kəpəz”in növbəti mövsüm formasının arxasında “İTİCKET” brendinin adı yer alacaq.

Xatırladaq ki, iTicket.az 2016-cı ildən fəaliyyət göstərən bir platformadır. Bu platforma, konsertlər, teatrlar, idman və əyləncə tədbirləri üçün onlayn və oflayn bilet satışını təmin edir. Bakı şəhərində 20-dən çox kassası iTicket.az tərəfindən idarə olunur.

İdmanxeber.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью