“Kəpəz” portuqaliyalı qapıçı ilə yollarını ayırır

23.06.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Mövsümün sonunda Nicat Süleymanovla vidalaşan “Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Bu barədə AZƏRTAC-a Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, portuqaliyalı qapıçı Rojerio Santosun komandadan göndərilməsi ilə bağlı klub rəhbərliyinə raport təqdim olunub. Qolkiperlə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Qeyd edək ki, “Kəpəz” hələlik “Sabah”dan ayrılan Şakir Seyidovu heyətinə qatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью