“Kəpəz” “Qarabağ”: biletlər satışda

16.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Misli Premyer Liqasının XII turu çərçivəsində noyabrın 22-də keçiriləcək “Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.

Futbol həvəskarları biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.

Rəqibin Azərbaycanın ən titullu klubu statusunu daşıması, həmçinin qarşıdakı matçın “Kəpəz”in 2026-cı ildə son ev oyunu olmasına görə azarkeşlər tərəfindən görüşə maraq həddindən artıq böyükdür. Bu amilləri əsas götürərək, biletləri qabaqcadan əldə etmək tövsiyə olunur.

Qeyd ki, “Kəpəz” – “Qarabağ” qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью