“Kəpəz” “Qarabağ” matçının bilet qiymətləri açıqlandı

16.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 22-də keçiriləcək “Kəpəz” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat verilib.

Bildirilib ki, biletlərin qiyməti dəyişməz qalıb: 2, 3, 5, 10 və 20 manat.

Azarkeşlər biletləri həmişəki kimi iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionun kassalarında əldə edə bilərlər.

Qeyd edək ki, “Kəpəz” - “Qarabağ” qarşılaşması noyabrın 22-də saat 17-də başlanacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью