“Kəpəz” “Qarabağ” matçının bütün biletləri satıldı Rekord gözlənilir

21.11.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasına bütün biletlər satılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gəncə təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşmada mövsümün tamaşaçı rekordu gözlənilir:

“Hazırda nə onlayn satış platformasında, nə də stadionun kassalarında bilet qalıb. Bu səbəbdən arenanın kassaları qarşıdakı günlərdə fəaliyyət göstərməyəcək”.

Qeyd edək ki, “Kəpəz” - “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.

Bu gönderiyi Instagram'da gör

Kəpəz Peşəkar Futbol Klubu (@kapazpfc1959)'in paylaştığı bir gönderi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью